Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
X Qlobal Forumda Prezident İlham Əliyevin çıxışları böyük maraqla qarşılanmışdır

0

  • Bu gün Azərbaycanın qarşısında duran əsas prioritet məsələlərdən biri və​ bəlkə də birincisi işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləridir. Məlum olduğu kimi azad edilmiş ərazilərdə bərpa işləri sürətlə və dinamik şəkildə davam etdirilir. Həm infrastrukturun bərpası, həm də şəhər və kəndlərimizin yenidən qurulması davam etdirilir, 2026 - cı ilə qədər keçmiş məcburi köçkünlərin xeyli hissəsinin öz doğma yurdlarına qaytarılması nəzərdə tutulmuşdur. Eyni zamanda bu ilin sonuna qədər Laçın şəhərinə 650 ailənin köçürülməsi planlaşdırılır. Yaxın gələcəkdə Laçın rayonunun Sus və Zabux kəndlərinin əhalisinin, Şuşa şəhəri sakinlərinin bir qisminin doğma yurdlarına qayıdışı da planlaşdırılır. Bütün qeyd olunan onu göstərir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə tezliklə həyatın canlandırılmasında israrlıdır və bu işləri sürətlə həyata keçirir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkəmiz təkcə düşmən işğalının nəticələrini aradan qaldırmaqla deyil, həm də beynəlxalq münasibətlərdə, ölkələr arası münasibətlərin möhkəmləndirilməsi yolunda böyük addımlar atmaqdaır. Bu baxımdan 2023-cü il martın 9 - da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə​  "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun işə başlaması bu qəbildən atılan daha bir əhəmiyyətli addımdır. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.​ ​ ​ ​ ​ ​ ​X Qlobal Bakı Forumunda 60 - dan çox ölkəni təmsil edən 350 - dən artıq iştirakçının olması, onların sırasında 50 - dən çox hazırkı və sabiq prezident və baş nazir iştirak etmişdir. Forum iştirakçılarını salamlayan Azərbaycan Prezidenti qeyd etdi ki, biz 2023 - cü ilə qədər Qoşulmama Hərəkatına rəhbərlik etdik. Müəyyən dövr ərzində təəssüf ki, Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq . Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. COVİD - 19 - a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşəbbüskarı da biz olmuşuq . Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Pandemiyanın ilk aylarında peyvənd milliyətçiliyinə və peyvəndlərin qeyri - bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80 - dən artıq ölkəyə maliyyə və humanitar yardımı etdik. Biz koronovirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Çıxışına davam edən Ölkə Başçısı Azərbaycan ərazilərinin erməni faşistləinin işğal etməsindən, bir milyondan artıq ölə vətəndaşının öz yurdlarından qovulmasından da söhbət açdı. Qeyd olundu ki, Ermənistan 28 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, torpaqların işğaldan azad edilməsi haqqında BMT - nin 4 qətnaməsi olmasına baxmayaraq ermənilər işğal etdikləri ərazilərdən çıxmamışlar. Vasitəçilər isə münaqişəni həll etmək əvəzinə, vəziyyəti olduğu kimi dondurmağa üstünlük vermişlər. Təbii ki, Azərbaycan bu vəziyyətlə heç cürə razılaşa bilməzdi. Sonda Azərbaycan güc tətbiq etməklə öz torpaqlarını 44 günlük Vətən müharibəsində işğaldan azad etdi. Təəssüflər olsun ki, bütün bunlar beynəlxalq təşkilatların yarıtmaz fəaliyyəti nəticəsində baş vermişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Hal - hazırda Azərbaycanın qarşısında duran ən ümdə məsələlərdən biri də bölgədə dayanıqlı sülhün bərqərar olmasıdır. Bunun üçün ölkəmiz Ermənistana 5 əsas prinsipi özündə birləşdirən sülh danışıqları paketini təklif etmişdir və bu təklif ermənilər tərəfindən ümumilikdə qəbul edilmişdir. Ancaq təəssüf ki, yenə də ermənilər tərəfindən sərgilənən qeyri - konstruktiv mövqe sülh prosesini ləngidir. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən və avanqard xarici siyasət mütləq öz bəhrəsini verəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov​, Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib78 dəfə
    X Qlobal Forumda Prezident İlham Əliyevin çıxışları böyük maraqla qarşılanmışdır

    Maraqlı gələ bilər
    0
    54